RU

Maçado Nobel mükafatını Trampa həsr etdi

BAKI, 10 oktyabr. TELEQRAF

Nobel Sülh Mükafatına layiq görülməyim bütün venesuelalıların mübarizəsinə verilən dəyərdir. Bu mükafat Azadlığa mübarizəmizi başa çatdırmaq üçün stimuldur.

Teleqraf xəbər verir ki, bunu Nobel Sülh Mükafatı laureatı Maria Korina Maçado sosial mediada yazıb.

"Biz qələbə ərəfəsindəyik və bu gün biz azadlıq və demokratiyaya nail olmaqda ən böyük müttəfiqimiz kimi prezident Trampa, ABŞ xalqına, Latın Amerikası xalqına və demokratiyaya daha çox güvənirik. Bu mükafatı Venesuelanın əziyyət çəkən xalqına və bizim işimizə göstərdiyi qətiyyətli dəstəyinə görə Prezident Trampa həsr edirəm".

Избранный
25
1
teleqraf.com

2Источники