RU

DÇ 2026 seçmə mərhələsi: Ukrayna və Almaniyadan qələbə, Belçikadan heç heçə

Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.

2026-cı ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsində daha səkkiz qarşılaşma baş tutub.

Oxu.Az xəbər verir ki, D qrupunda Azərbaycan milli komandasının rəqibləri olan İslandiya və Ukrayna milliləri Reykyavikdə üz-üzə gəliblər.

Görüş 3:5 hesabı ilə ukraynalıların qələbəsi ilə yekunlaşıb.

Belçika - Şimali Makedoniya matçında gözlənilməz nəticə qeydə alınıb. Belçika rəqib komandanın qapısından top keçirə bilməyib və görüş başladığı kimi də bitib - 0:0.

Almaniya yığması isə evdə Lüksemburqa heç bir şans verməyib. Ev sahibləri 4:0 hesabı ilə inamlı qələbə qazanıblar.

Digər görüşlərdə aşağıdakı nəticələri qeydə alınıb:

Qazaxıstan - Lixtenşteyn - 4:0;

Fransa - Azərbaycan - 3:0;

Kosovo - Sloveniya - 0:0;

Şimali İrlandiya - Slovakiya - 2:0;

İsveç - İsveçrə - 0:2.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
102
oxu.az

1Источники