RU

DÇ-2026: Azərbaycan millisi səfərdə Fransaya məğlub oldu

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində Fransa və Azərbaycan yığmaları üz-üzə gəliblər.

 

Senzor.az bildirir ki, Parisdəki “Park de Prens” stadionunda keçirilən matç meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Rəqibin heyətində qolları Kilian Mbappe, Adrien Rabyo və Floryen Toven vurublar.

 

Matçı norveçli FIFA referisi Rohit Saqqi idarə edib.

 

Üç turdan sonra 1 xalı olan Azərbaycan millisi qrupda sonuncu yerdə qərarlaşıb.

 

Qeyd edək ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv qrupda 4-cü oyununu oktyabrın 13-də Polşada Ukraynaya qarşı keçirəcək.

Избранный
7
1
senzor.az

2Источники