RU

Rusiya Azərbaycanın əsas ticarət tərədaşı olaraq qalır

Azərbaycan və Rusiya Prezidentlərinin Düşənbə görüşündən sonra iki ölkə arasında münasibətlərin normallaşacağı gözlənilir. Düşənbə görüşü Rusiya ilə Azərbaycan arasındakı iqtisadi əlaqələrə necə təsir göstərəcək?

Olaylar-ın məlumatına görə, Milli Məclisin deputatı Vüqar Bayramov qeyd ki,  Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olaraq qalmaqdadır: "Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin ilk 7 ayında xarici ticarət dövriyyəsinin 10.6 faizi Rusiyanın payına düşüb. Bu xarici ticarətdə Rusiyanın 3-cü ən böyük tərəfdaş olması deməkdir. İxracda da Rusiya 4.7 faizlik payla ilk üçlükdədir. İdxalımızda 17,2 faiz payı olan Rusiya 18.0 faizlik Çindən sonra ikinci ən böyük tərəfdaşdır.

Qeyri neft-qaz məhsulları üzrə ixracın isə 34.3 faizi Rusiyaya yönəlib. Bu Rusiyanın qeyri-resurs iqtisadiyyatında ən böyük ticarət tərəfdaşı olması deməkdir. Rəqəmlər göstərir ki, ölkələr arasında soyuqluğa rəğmən, Azərbaycan ilə Rusiya arasındakı iqtisadi əlaqələrdəki dinamika qorunub saxlanıb. Bu isə birbaşa ticarətin məhz biznes vasitəsi ilə aparılması ilə bağlıdır.

Bu baxımdan, Düşənbə görüşünün ilk ölkə arasındakı iqtisadi əlaqələrə müsbət təsir göstərəcəyi gözlənilir. Aydındır ki, yaxşı əlaqələr daha böyük biznes imkanları deməkdir.

Bütün bunlar ilə yanaşı, Azərbaycanın xarici ticarətində şaxələnmənin daha da güclənməsi prioritetliyini qoruyub saxlayır. Bu eyni zamanda, ixrac bazarlarının diversifikasiyasını da aktuallaşdırmaqdadır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
19
7
olaylar.az

10Источники