RU

Elektron imtahana keçid: Bizə nə verəcək?

Ölkəmizdə bütün imtahanların elektron şəkildə keçirilməsi nəzərdə tutulur. Həmçinin qəbul imtahanlarında imtahan nəticələrinin yoxlanılmasında süni intellektdən istifadə genişləndiriləcək. Bu sistemin tətbiqi üçün beş il vaxt lazım olacağı proqnozlaşdırılır. Bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə bildirib. İndi sual yaranır ki, DİM-in texnoloji bazası bu prosesə nə qədər hazırdır? Və ya yeni sistemdə imtahan nəticələrinin tam şəffaflığına etimad olacaqmı?

“Süni intellektin rolu artacaq”

Bizi maraqlandıran suallara birbaşa DİM sədrinin özündən cavab aldıq: “Bu il ərzində dövlət qulluğu imtahanları elektron formatdadır. İşə qəbul, sertifikasiya imtahanlarının hamısını da elektron formata keçirəcəyik. Peşəkar mühasib imtahanlarını keçirmiş və ictimaiyyətə təqdim etmişdik. Rus bölməsində Azərbaycan dili imtahanlarının da elektron formata keçirmək fikrindəyik. Magistr imtahanlarını da elektron formatda keçirəcəyik. Bu imtahanlar yəqin ki, bir neçə mərhələdə - ingilis dili, informatika və məntiq-təfəkkür fənləri ayrıca olacaq. Tam kütləvi - buraxılış və qəbul imtahanlarını elektron formata keçirmək üçün biz gərək Elm və Təhsil Nazirliyi ilə birgə işləyək”.

İmtahan nəticələrinin yoxlanılmasında süni intellektin istifadəsinə gəlincə, sədr bildirdi ki, burada xüsusi avadanlıqlar xüsusi proqram təminatına əsaslanır: “Nəticələrə insanın təsiri olmasın deyə, bu alqoritmlər yazılır, yoxlanılır və tətbiq olunur. Amma “proses yalnız süni intellektin roludur”, - demək olmaz. Kifayət qədər mexaniki işlər var - onları robot görmür, işçi qrupu həyata keçirir. Düşünürəm ki, elektron imtahanlara keçəndən sonra prosesdə süni intellektin rolu kifayət qədər artacaq. Bu, xüsusən imtahan nəticələrinin yoxlanması zamanı tətbiq olunacaq”.

Hüquqi tənzimləmə, insan resursları və təhlükəsizlik mexanizmləri

Избранный
4
4
publika.az

5Источники