RU

Hindistanda süni intellekt 3-cü sinifdən kurikuluma daxil ediləcəkrn 

Hindistan Təhsil Nazirliyi 2026–2027-ci tədris ilindən başlayaraq ölkə məktəblərində süni zəkanın (AI) rəsmi olaraq tədrisə daxil ediləcəyini açıqlayıb. Yeniliklərə əsasən, şagirdlər artıq 3-cü sinifdən etibarən süni zəka üzrə əsas anlayışlarla tanış olacaqlar.

AzEdu.az xarici mənbədən aldığı məlumata istinadən xəbər verir ki, rəsmi açıqlamaya görə, bu təşəbbüs süni zəkanın qlobal əhəmiyyətinin artması və ölkənin texnologiya sahəsində gələcək hazırlığı baxımından böyük önəm daşıyır. Layihənin ilkin mərhələsində pilot proqramlar həyata keçiriləcək və minlərlə müəllim AI fənni üzrə xüsusi təlimlərdən keçəcək.

Təhsil Nazirliyi süni zəka mövzusunda dərs vəsaitlərinin hazırlanması üçün tanınmış texnoloji institutlarla əməkdaşlıq edəcəyini də bildirib. Dərslərin məzmunu yaş səviyyəsinə uyğunlaşdırılmış, əyləncəli və interaktiv şəkildə təqdim olunacaq.

Избранный
10
azedu.az

1Источники