RU

Danışılmış oyunlarda iştirakı sübuta yetirilən futbolçu stadionda həbs olundu

Finlandiya polisi danışılmış oyunlarda şübgəli bilinən futbolçunu matçın ardından həbs edib.

Fanat.Az "Globo"ya istinadən xəbər verir ki,  hadisə 5-ci liqa komandalarının oyunundan sonra yaşanıb.

"Finnkurd"un braziliyalı futbolçusu Conatan Qerreyro "Espa/Renat"ı 8:1 hesabı ilə yendikləri görüşdə 7 qol vurub.

Polis qarşılaşmanın ardından meydana daxil olaraq 34 yaşlı Qerreyronun mobil telefonunda araşdırma aparıb. Həm də komandanın baş məşqçisi olan cənubi amerikalının danışılmış oyunlarda birbaşa iştirakı təsdiqlənib və o, saxlanılıb.

Избранный
48
fanat.az

1Источники