Avropa İttifaqı ölkələrində üçüncü ölkə vətəndaşları üçün yeni sərhəd nəzarəti sistemi – Entry/Exit System (EES) qüvvəyə minib. Bu barədə Reuters xəbər verir.
Yeni avtomatlaşdırılmış sistem sərhəd-keçid məntəqəsində pasportun skan edilməsini, barmaq izlərinin götürülməsini (12 yaşa qədər uşaqlar istisna) və fotoşəkil çəkilməsini tələb edir.
EES 25 Şengen ölkəsində tətbiq olunur və 2026-cı ilin aprelindən etibarən pasportlara möhür vurulması tamamilə ləğv ediləcək. Onları elektron qeydlər əvəz edəcək.
Sistem vizanın müddətini aşan şəxsləri aşkara çıxarmaq, şəxsiyyət məlumatlarının saxtalaşdırılmasına qarşı mübarizə aparmaq və qeyri-qanuni miqrasiyanı məhdudlaşdırmaq məqsədi daşıyır.
N.Təbrizli