RU

Le Pen: Parlamentə etimadsızlıq təklifi təqdim edəcəyik

Fransada “Milli Birlik” partiyası yeni təyin olunan baş nazir Sebastien Lekornyunun formalaşdırdığı hökumətə qarşı bazar ertəsi parlamentə etimadsızlıq təklifi təqdim edəcək.

APA xəbər verir ki, bunu partiyanın parlament fraksiyasının lideri Marin Le Pen bildirib.

"Sabah biz bu hökumətə qarşı parlamentə etimadsızlıq təklifi təqdim edəcəyik", - siyasətçi bazar günü “Facebook” səhifəsində yazıb:

Onun sözlərinə görə, Fransa prezidenti Emmanuel Makron Fransa xalqının öz iradəsini ifadə edə bilməsi və yeni çoxluğu seçməsi üçün Milli Assambleyanın (aşağı palata) buraxılmasını mümkün qədər tez elan etməlidir.

Избранный
21
2
apa.az

3Источники