RU

DÇ 2026: Azərbaycan millisi Ukrayna ilə üz üzə gələcək

ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Futbol üzrə Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində növbəti oyununu bu gün keçirəcək.

Globalinfo.az bildirir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv Polşada Ukrayna yığması ilə üz-üzə gələcək.

Qarşılaşma Krakov şəhərində, Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

Görüşü avstriyalı Sebastyan Qishamer idarə edəcək.

Qeyd edək ki, Fransa D qrupunda 9 xalla liderdir. Ukrayna 4 xalla ikinci, İslandiya 3 xalla üçüncü, Azərbaycan millisi isə 1 xalla dördüncü pillədə qərarlaşıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
74
5
globalinfo.az

7Источники