RU

Bu ocağın sönməsini istədilər, bir az da möhkəmləndik - Namiqdən xanımı ilə bağlı paylaşım

"12 oktyabr mənim üçün özəl gündür. İllər öncə bu gün yüzlərlə insan məni qucaqlayıb, “Toyun mübarək, xoşbəxt ol!” demişdi. İllər keçdikcə nə qədər doğru bir addım atdığımın fərqinə varıram".

Ölkə.az xəbər verir ki, bu barədə meyxanaçı Namiq Qaraçuxurlu paylaşım edib.

"Bu illər ərzində çox sınaqlardan keçdik, bir çox çətinliklərə sinə gərdik. Bu ocağın sönməsi üçün günahdan qorxmayan mərdiməzarlar əllərindən gələni etdilər. Belə məqamlarda isə əksinə — bir az da möhkəmləndik. İnsanın öz qismətini tapması bu fani dünyada verilən ən dəyərli hədiyyədir. Hədiyyən üçün təşəkkürlər, səxavətli Allahım", - deyə paylaşımda qeyd olunub.

Qeyd edək ki, sənətçinin bu nikahdan Sara adlı qız övladı var.

534731

Həmidə İbrahimova

Избранный
12
22
olke.az

10Источники