Bakı. Trend:
Horadiz-Ağbənd avtomobil və dəmir yollarının gələn il ərzindətikintisinin başa çatdırılması planlaşdırılır.
Trend-inməlumatına görə, bunu Azərbaycan Respublikası Baş nazirinin müaviniŞahin Mustafayev Rusiya Federasiyası və İran İslam Respublikasınümayəndələri ilə keçirilən üçtərəfli görüşdə çıxışı zamanıdeyib.
“Bu vacib nəqliyyat infrastrukturu həm Şərq-Qərb, həm dəŞimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin yeni qolunu təşkiletməklə yanaşı, Fars Körfəzini Qara Dənizlə bağlayacaq yeni marşrutrolunu oynayacaq”, - deyə Ş.Mustafayev vurğulayıb.