Bakıda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.
Suraxanı rayon prokurorluğundan APA-ya verilən məlumata görə, oktyabrın 11-də Suraxanı rayonu, Əmircan qəsəbəsi ərazisində 1982-ci il təvəllüdlü Ayxan Mustafayevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı 2009-cu il təvəllüdlü şəxsin bıçaqla xəsarət yetirərək Ayxan Mustafayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
V.Ş (şərti) rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.
***
10.03
Bakının Əmircan qəsəbəsində qətl hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə oktyabrın 11-də qeydə alınıb. Orada yaşayan 1982-ci il təvəllüdlü Ayxan Fəxrəddin oğlu Mustafayev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb. Polis tərəfindən hadisəni törətməkdə şübhəli bilinən 2009-cu il təvəllüdlü V.Ş tutulub.
Araşdırma aparılır.
Qətlə yetirilən şəxsin Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı olduğu bildirilir.