RU

Bakıda qətl törətməkdə şübhəli bilinən yeniyetmə tutulub - YENİLƏNİB

Bakıda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.

"Cebheinfo.az" xəbər verir ki, Suraxanı rayon prokurorluğundan verilən məlumata görə, oktyabrın 11-də Suraxanı rayonu, Əmircan qəsəbəsi ərazisində 1982-ci il təvəllüdlü Ayxan Mustafayevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 2009-cu il təvəllüdlü şəxsin bıçaqla xəsarət yetirərək Ayxan Mustafayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

V.Ş (şərti) rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

10.03

Bakının Əmircan qəsəbəsində qətl hadisəsi baş verib.

"Cebheinfo.az" xəbər verir ki, hadisə oktyabrın 11-də qeydə alınıb. Orada yaşayan 1982-ci il təvəllüdlü Ayxan Fəxrəddin oğlu Mustafayev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb. Polis tərəfindən hadisəni törətməkdə şübhəli bilinən 2009-cu il təvəllüdlü V.Ş tutulub.

Araşdırma aparılır.

Qətlə yetirilən şəxsin Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı olduğu bildirilir.

"Cebheinfo.az" 

Избранный
83
9
cebheinfo.az

10Источники