RU

İcra başçısının nümayəndəsi Hakimlər Komitəsinə rəhbər təyin olunacaq?

Şamaxı şəhər icra hakimiyyəti başçısının nümayəndəsi, beynəlxalq dərəcəli hakim Asif Şirəliyev yaxın günlərdə Azərbaycan Güləş Federasiyasının Hakimlər Komitəsinin sədri təyin oluna bilər.

İdman.Biz-in əldə etdiyi məlumata görə, 44 yaşlı Şirəliyev 2008-ci ildən beynəlxalq dərəcəli hakim statusuna malikdir və Tokio, həmçinin Paris Yay Olimpiya Oyunları da daxil olmaqla bir çox nüfuzlu beynəlxalq turnirlərdə ölkəmizi təmsil edib.

Bundan əlavə, Asif Şirəliyev 2021-ci ilin yanvarından Şamaxı şəhərində icra hakimiyyəti başçısının nümayəndəsi vəzifəsində çalışır.

O, İdman.Biz-ə açıqlamasında bu məlumatı nə təsdiqləyib, nə də təkzib edib: “Hələ ki, federasiya tərəfindən bu barədə heç bir rəsmi qərar qəbul olunmayıb”.

Hazırda federasiyanın Hakimlər Komitəsinə 69 yaşlı Qarib Əliyev rəhbərlik edir.

Vüqar Vüqarlı

İdman.Biz

Избранный
114
idman.biz

1Источники