RU

“Mirvari sırğalı qız”ın kimliyi 360 ildən sonra açıqlandı

Ajans.az xəbər verir ki,indiyədək yalnız ehtimallarla izah olunan bu sualın cavabına britaniyalı sənət tarixçisi Endryu Qrem-Dikson yeni versiya təqdim edib. O, Sunday Times qəzetinə verdiyi müsahibəsində məşhur əsərdəki qızın Vermeerin əsas himayədarları olan Pieter van Ruijven və Maria de Knuijt cütlüyünün Magdalena adlı 10 yaşlı qızı ola biləcəyini bildirib. Tarixçi qeyd edir ki, Magdalena əsərdə Məryəm Maqdalalı obrazında təqdim olunub və bu, ailənin mənsub olduğu Remonstrant adlı xristian təriqətinin dini dünyagörüşünə uyğun gəlir. Həmin təriqətin üzvləri həyat tərzlərini İsa Məsihin həvariləri və onun qadın davamçıları, o cümlədən Məryəm Maqdalalı üzərində modelləşdirmişdilər. Xatırladaq ki, bu versiya Vermeerin həyatı və yaradıcılığı haqqında yeni bioqrafiyanın işıq üzü görməsindən əvvəl irəli sürülüb. Əsərin populyarlığına 2003-cü ildə Tracy Chevalierin romanı əsasında çəkilən və Scarlett Johanssonun baş rol oynadığı “Mirvari sırğalı qız” filmi də ciddi təsir göstərmişdi. Lakin filmdə qız rəssamın xidmətçisi kimi təsvir olunur və Vermeer ilə romantik münasibətə girir. Bu isə tarixi faktlardan daha çox bədii fantaziyaya əsaslanır. Yeni araşdırma "Mirvari sırğalı qız"ın kimliyinə işıq salmaqla yanaşı, Vermeerin dini və sosial çevrəsi barədə də daha geniş təsəvvür yaradır.

 

Избранный
33
Ajans.az

1Источники