RU

Azərbaycan millisinin sabiq müdafiəçisi Ukrayna ilə matçdan nə gözləyir?

DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da Parisdə Fransa yığmasına 0:3 hesabı ilə uduzan Azərbaycan millisi bu gün Polşada Ukrayna seçməsi ilə üz-üzə gələcək. Yığmamızın sabiq müdafiəçisi Elşad Əhmədovla əlaqə saxlayıb Krakov şəhərində reallaşacaq qarşılaşmadan nə gözlədiyini soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Futbolçularımız üçün üçgündənbir oynamaq çətindir. Düzdür, Ukrayna da üç gün öncə İslandiya yığması ilə qarşılaşıb, amma onların futbolçularının çoxu belə qrafikə öyrəşiblər. Məlum məsələdir ki, fiziki planda problemlərimiz olacaq. Komandamız bu rəqiblə ev oyununda olduğu kimi, xarakter göstərsə, Ukrayndan böyük əzmkarlıq hesabına yenə xal alması mümkündür. 

Georgi Sudakovun zədə səbəbindən oynamaması bizim üçün müsbət haldır. Sudakov ustalıq səviyyəsi yüksək olan futbolçudur. Ancaq onun yoxluğunun o qədər də hiss edilməyəcəyini düşünürəm. Uşaqlar ən yaxşı şəkildə mübarizə aparsalar, heç-heçəyə nail ola bilərlər. Millimizə uğurlar arzulayıram".

Nihat

Избранный
13
fanat.az

1Источники