RU

Prezident İlham Əliyevin Yaxın Şərq Sülh Sammitində iştirakı Azərbaycanın artan regional rolunun təzahürüdür – Hikmət Hacıyev

Bakı, TurkicWorld

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün Misirin Şarm əl-Şeyx şəhərindəki Beynəlxalq Konqres Mərkəzinə gəlib.

TurkicWorld xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabında Yaxın Şərq Sülh Sammiti ilə bağlı paylaşım edib.

"Prezident İlham Əliyev Şarm Əl-Şeyxdə keçirilən Yaxın Şərq Sülh Sammitində iştirak edir. Bu, Azərbaycanın artan regional rolunun və orta güc kimi qlobal xarici siyasətinin təzahürüdür. Azərbaycan Yaxın Şərqdə regional sülh gündəmi üçün bütün tərəflər üçün arzuolunan tərəfdaşdır", - paylaşımda bildirilib.

Избранный
11
21
turkic.world

10Источники