İlham Əliyev Yaxın Şərq Sülh Sammitində iştirak edir - YENİLƏNİB
Ajans.az xəbər verir ki, dövlətimizin başçısı Sammitin keçiriləcəyi Şarm əl-Şeyx şəhərindəki Beynəlxalq Konqres Mərkəzinə gəldi. Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi dövlətimizin başçısını salamladı. Sonra Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp dövlətimizin başçısını salamladı.
Daha sonra Azərbaycan və ABŞ prezidentləri birgə foto çəkdirdilər. (Report)