RU

Millimiz Ukraynaya məğlub oldu Yenilənib

DÇ-2026-nın seçmə mərhələsinin Ukrayna - Azərbaycan oyununda növbəti qol vurulub.

News24.az xəbər verir ki, görüşün 64-cü dəqiqəsində Ruslan Malinovski komandasını önə keçirib - 2:1.

***

DÇ-2026-nın seçmə mərhələsinin Ukrayna - Azərbaycan oyununda hesab bərabərləşib.

News24.az xəbər verir ki, görüşün 45+3-cu dəqiqəsində Nəriman Axundzadə rəqib qapısına yol tapıb.

***

DÇ-2026-nın seçmə mərhələsinin Ukrayna - Azərbaycan oyununda hesab açılıb.

News24,az xəbər verir ki, Polşanın Krakov şəhərində təşkil olunan görüşün 30-cu dəqiqəsində meydan sahibi komandanın hücumçusu Oleksey Qutsulyak adını tabloya yazdırıb.

***

Azərbaycan millisi bu gün DÇ-2026-nın seçmə mərhələsində növbəti oyununu keçirəcək.

News24.az xəbər verir ki, D qrupunda qərarlaşmış millimiz 4-cü tur çərçivəsində Ukrayna yığmasının qonağı olacaq.

Polşanın “Krakoviya” stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Oyunu Avstriyadan olan hakimlər briqadası idarə edəcək.

DÇ-2026-nın seçmə mərhələsi

D qrupu

13 oktyabr, 22:45.

Azərbaycan – Ukrayna

Baş hakim: Sebastyan Qişamer (Avstriya).

“Krakoviya” stadionu.

***

Komandaların start heyətləri bəlli olub:

Ukrayna: 12. Anatolo Trubin, 2. Yuxim Konoplya, 13. İlya Zabarnıy, 22. Mikolo Matviyenko (k), 16. Vitali Mikolenko, 8. Ruslan Malinovski, 18. Yeqor Yarmolyuk, 15. Oleq Oçeretko, 9. Aleksey Hutsuyak, 19. Nazar Voloşin, 11. Artyom Dovbik

Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 3. Elvin Cəfərquliyev, 14. Elvin Bədəlov, 4. Bəhlul Mustafazadə, 5. Anton Krivotsyuk, 13. Abbas Hüseynov, 7. Anatoli Nuriyev, 8. Emin Mahmudov (k), 15. Abdulah Xaybulayev, 17. Toral Bayramov, 19. Nəriman Axundzadə

***

Matç başladı.

Избранный
116
6
news24.az

10Источники