RU

Tarixində ilk dəfə dünya çempionatında oynayacaq

Qol.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Afrika təmsilçisi Kabo-Verde millisi tarixində ilk dəfə futbol üzrə dünya çempionatının final mərhələsinə vəsiqə qazanıb.

QOL.az xəbər verir ki, komanda 2026-cı il dünya çempionatının seçmə mərhələsində uğurla çıxış edib. Oktyabrın 13-də keçirilən oyunda Kabo-Verde Esvatiniyə 3:0 hesabı ilə qalib gələrək D qrupunda 1-ci yeri tutub. Komanda 10 turdan sonra 23 xal toplayıb və 19 xala malik Kamerunu geridə qoyub.

Qeyd edək ki, 2026-cı il dünya çempionatı ABŞ, Kanada və Meksikada keçiriləcək.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
41
3
qol.az

3Источники