RU

Azərbaycan Prezidenti İlham Əliyev Yaxın Şərq Sülh Sammitində iştirak edib  YENİLƏNİB-5

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün Misirdə işgüzar səfərdə olub.

“İki sahil” xəbər verir ki, dövlətimizin başçısı oktyabrın 13-də Sammitin keçirildiyi Şarm əl-Şeyx şəhərindəki Beynəlxalq Konqres Mərkəzinə gəldi.

Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi dövlətimizin başçısını qarşıladı, sonra birgə foto çəkdirildi.

Daha sonra Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp dövlətimizin başçısını salamladı.

Azərbaycan və ABŞ prezidentləri birgə foto çəkdirdilər.

Sonra Yaxın Şərq Sülh Sammitinin iştirakçıları birgə foto çəkdirdilər.

Sammitdə Prezident Donald Tramp Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşünə toxunaraq dedi: “Budur, mən bu yaxınlarda bu şəxs üçün müharibəni bitirdim. Azərbaycan, işimi bəyəndinizmi? Bəs Sizin həmkarınız haradadır? Budur, buradadır. Siz ikiniz artıq yola gedirsiniz, elə deyilmi? Onlar 32 il müharibə etdilər, biz isə bir saata bu məsələni həll etdik, elədirmi? İndi onlar yola gedirlər, bu yaxşıdır, düşünürəm ki, bu əladır.

***

Sonra sülh sazişinin imzalanması mərasimi oldu.

Избранный
5
22
ikisahil.az

10Источники