RU

Ukrayna-Azərbaycan oyununda 3-cü qol vuruldu - CANLI

Ukrayna-Azərbaycan oyununda üçüncü qol vurulub.

Redaktor.az xəbər verir ki, görüşün 64-cü dəqiqəsində rəqibin heyətində Malinovskiy diqqət mərkəzinə düşüb - 2:1.

***

İkinci hissə başladı.

***

Fasilə.

***

45+2-ci dəqiqədə Nəriman Axundazdə hesabı bərabərləşdirir - 1:1

***

30-cu dəqiqədə Ukraynanın futbolçusu Aleksey Qutsulyak hesabı açıb - 1:0.

***

Matç başladı.

***

Azərbaycan millisi bu gün DÇ-2026-nın seçmə mərhələsində növbəti oyununu keçirəcək.

Redaktor.az xəbər verir ki, D qrupunda qərarlaşmış millimiz 4-cü tur çərçivəsində Ukrayna yığmasının qonağı olacaq.

Polşanın “Krakoviya” stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Oyunu Avstriyadan olan hakimlər briqadası idarə edəcək.

DÇ-2026-nın seçmə mərhələsi

D qrupu

13 oktyabr, 22:45

Azərbaycan – Ukrayna

Baş hakim: Sebastyan Qişamer (Avstriya).

“Krakoviya” stadionu.

***

Komandaların start heyətləri bəlli olub:

Ukrayna: 12. Anatolo Trubin, 2. Yuxim Konoplya, 13. İlya Zabarnıy, 22. Mikolo Matviyenko (k), 16. Vitali Mikolenko, 8. Ruslan Malinovski, 18. Yeqor Yarmolyuk, 15. Oleq Oçeretko, 9. Aleksey Hutsuyak, 19. Nazar Voloşin, 11. Artyom Dovbik

Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 3. Elvin Cəfərquliyev, 14. Elvin Bədəlov, 4. Bəhlul Mustafazadə, 5. Anton Krivotsyuk, 13. Abbas Hüseynov, 7. Anatoli Nuriyev, 8. Emin Mahmudov (k), 15. Abdulah Xaybulayev, 17. Toral Bayramov, 19. Nəriman Axundzadə

Избранный
30
11
redaktor.az

10Источники