RU

"Azərbaycan niyə öz millisinə dəyər vermir?" - Ukrayna yığmasının baş məşqçisi

BAKI, 14 oktyabr. TELEQRAF

"Azərbaycan yüksək səviyyəli komandadır. Onların kompakt müdafiə xətti var".

Teleqraf xəbər verir ki, bunu Ukrayna yığmasının baş məşqçisi Sergey Rebrov Polşada Azərbaycanı 2:1 hesabı ilə məğlub etdikləri DÇ-2026-nın seçmə mərhələ oyunundan sonra keçirilən mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis İslandiyanı 5:3 hesabı ilə məğlub etdikləri görüşdə daha çox boşluqlar tapdıqlarını bildirib: "Biz bu boşluqdan yararlana bilmişdik. Azərbaycan isə bizə bunu vermədi. Kompakt müdafiə olunan istənilən komandaya qarşı oynamaq çətin olur".

Ukraynalı baş məşqçi Azərbaycan millisinə dəyər verilmədiyini söyləyib: "Mən başa düşə bilmirəm ki, Azərbaycan niyə öz millisinə dəyər vermir? Onların Çempionlar Liqasında oynayan komandası da var..."

Qeyd edək ki, Ukrayna yığması bu qələbə ilə xallarının sayını 7-ə çatdırıb. Azərbaycanın aktivində bir xal var.

Избранный
47
teleqraf.com

1Источники