RU

Hakimiyyətin hər 3 qolu öz səlahiyyətləri çərçivəsində müstəqildir - Ramiz Rzayev

Bakı.Trend:

Bu Konfransın mövzusu çox aktualdır. Belə ki, hakimiyyət bölgüsüprinsipinin həyata keçirilməsi və hakimiyyət qolları arasındaəlaqələrin səmərəli təşkili hüquqi dövlətin vacib tələblərindənbiridir.

Trend xəbərverir ki, bu fikirləri “Məhkəmə hakimiyyəti və digər hakimiyyətqolları arasındakı münasibətlər” mövzusunda beynəlxalq konfransdaAzərbaycan Hakimlər İttifaqının sədri Ramiz Rzayev deyib. O, qeysedib ki, Hakimiyyətlərin bölgüsü prinsipinə uyğun olaraq, məhkəməhakimiyyəti müstəqil hakimiyyət qoludur. Məhkəmələr demokratik vəhüquqi dövlətlərdə hüquq və azadlıqlarının, cəmiyyətin təməldəyərlərinin qoruyucusudur:

“Əlbəttə ki, hakimiyyətin heç bir qolu təkbaşına mövcud olabilməz, onlar digər qollarla vəhdətdə mövcud olur. Bu vəhdətonların səlahiyyətlərinin bölgüsünü təmin etməklə yanaşı,hakimiyyətin balanslı idarəçiliyinin həyata keçirilməsinə şəraityaradır. Maraqlı faktdır ki, konstitusiya mətnlərində vədoktrinalarda hakimiyyət bölgüsünü təşkil edən hakimiyyət qollarınısadalayarkən, məhkəmə hakimiyyəti qanunvericilik və icraedicihakimiyyətdənsonra sadalandığı üçün onu çox vaxt “üçüncü qol”adlandırırlar”.

R.Rzayev qeyd edib ki, Əsas Qanunun 7-ci maddəsinə əsasən dövləthakimiyyəti 3 qol arasında bölünmə prinsipi əsasında təşkiledilib:

Qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının MilliMəclisi, icra hakimiyyətini Azərbaycan Respublikasının Prezidenti,məhkəmə hakimiyyətini isə Azərbaycan Respublikasının məhkəmələrihəyata keçirir. Hakimiyyətin hər 3 qolu qarşılıqlı fәaliyyәtgöstərir, öz səlahiyyətləri çərçivəsində müstəqildirlər.

Azərbaycan Hakimlər İttifaqının sədri vurğulayıb ki, hazırdaölkəmizdə üç pilləli məhkəmə sistemi fəaliyyət göstərir. AzərbaycanRespublikasında məhkəmə hakimiyyətini yalnız məhkəmələr həyatakeçirirlər: Konstitusiya Məhkəməsi, Ali Məhkəmə, apellyasiyaməhkəmələri, ümumi və ixtisaslaşdırılmış məhkəmələr.

“Məhkəmələrin səlahiyyətlərinin dəyişdirilməsi məqsədilə müəyyənolunmamış hüquqi üsulların tətbiq edilməsi və fövqəladəməhkəmələrin yaradılması qadağandır”.

Избранный
104
2
az.trend.az

3Источники