Venesuelanın El Kallao şəhərində yağan güclü yağışlar nəticəsində qızıl mədəni çöküb.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, hadisə zamanı 14 mədənçi həyatını itirib.
Axtarış-xilasetmə qrupları bildiriblər ki, mədən quyularına dolan suların çəkilməsi üçün tədbirlər görülür və dağıntılar altında qalan işçilərin xilas edilməsi istiqamətində işlər davam etdirilir.
Hadisənin dəqiq səbəbləri ilə bağlı araşdırma aparılır.