RU

Böyük Britaniya Azərbaycana qarşı silah embarqosunu ləğv edib - Nazir

Böyük Britaniya Azərbaycan və Ermənistana tətbiq etdiyi silah embarqosunu ləğv etdiyini açıqlayıb. 

Ölkə.az xəbər verir ki, belə bir bəyanatı Britaniyanın Avropa və Şimali Amerika üzrə dövlət naziri Stiven Douti (Doughty) internet saytında dərc edib.

Nazir bu qərarı avqustun 8-də Vaşinqtonda Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması istiqamətində əldə olunan irəliləyiş və ATƏT-in Minsk qrupunun buraxılması ilə əlaqələndirir. 

"Prezident Trampın ev sahibliyi ilə Vaşinqtonda keçirilən tarixi sammiti nəzərə alaraq, Böyük Britaniya Dağlıq Qarabağ münaqişəsi tərəflərinə silah embarqosunun arxasında duran məntiqi əsasın artıq qüvvədə olmadığına inanır", - britaniyalı nazir bildirib.

Bəyanatda regionda əməkdaşlıq üçün yeni imkanlar açan ikitərəfli əlaqələrin dəyişməsi qeyd edilir.

"Böyük Britaniya hökuməti Azərbaycan və Ermənistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəltmək qərarına gəlib. Bu tərəfdaşlıq ticarət, təhlükəsizlik və müdafiə kimi sahələrdə əməkdaşlığı əhatə edəcək və nazirlərin illik görüşləri ilə gücləndiriləcək", -  Douti bildirib.

Mürtəza

Избранный
3
olke.az

1Источники