Baku.ws saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Reper Ciqanla həyat yoldaşı Oksana Samoylovanın boşanmasının səbəbi bəlli olub.
BAKU.WS xəbər verir ki, Oksana eks həyat yoldaşının ona olan davranışlarından çox yorulub, nəticədə ayrılmaq qərarına gəlib.

Bu barədə prodüser Sergey Dvortsov "NEWS.ru"ya açıqlamasında bildirib.
Onun sözlərinə görə Samoylova, ailəli olmasına baxmayaraq həyat yoldaşının daim gənc qadınların əhatəsində görünməsinə göz yumub.

"Ciqan, sənətçi olmağı dayandırdı və bir növ qalmaqallı adama çevrildi. Oksana ərini sevdiyi üçün bu müddət ərzində onun bütün çirkinliklərinə dözdü. Amma bir gün səbrin də sonu gəlir", - deyə prodüser qeyd edib.
Problemin ilk əlamətləri bu yay üzə çıxıb. "Voice Influencer Awards" mərasimində qatılan cütlük ayrı otaqda yatıb.
Ciqanın sosial mediada həyat yoldaşına sədaqətini şübhə altına alan qalmaqallı videoları da var.

Oktyabrın 9-da Oksana Ciqandan boşanmaq üçün məhkəməyə müraciət etdiyi açıqlayıb. Boşanma iddiası oktyabrın 6-da qaldırılıb.
Cütlüyün dörd övladı var: 14 yaşlı Ariela, 11 yaşlı Li, 8 yaşlı Maya və 5 yaşlı David.

Qalereya
















Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.