Hesabata əsasən, bank sabit artım dinamikası nümayiş etdirərək Azərbaycanın ən fəal inkişaf edən maliyyə institutlarından biri statusunu bir daha təsdiqləyib.
Əldə olunan nəticələr bankın fəaliyyət istiqamətlərinin balanslı inkişafını və müştərilər, eləcə də tərəfdaşlar arasında yüksək etimadı əks etdirir.
Belə ki, bank ötən ilin müvafiq dövrü ilə müqayisədə bütün əsas maliyyə göstəriciləri üzrə əhəmiyyətli artım nümayiş etdirib:
2025-ci ilin üçüncü rübü üzrə əsas maliyyə göstəriciləri:
-Aktivlər - 26,3% artaraq 2,72 milyard manat təşkil edib;
-Məcmu kapital - 20,5% artaraq 249,04 milyon manata çatıb;
-Kredit portfeli - 16,6% artaraq 1,58 milyard manat təşkil edib;
-Depozit portfeli - 12,9% artaraq 1,52 milyard manat olub;
-Xalis faiz gəlirləri - 16,0% artaraq 126,89 milyon manat təşkil edib;
-Xalis əməliyyat mənfəəti - 12,44% artaraq 58,63 milyon manata çatıb;
-Xalis mənfəət - 9,9% artaraq 43,17 milyon manat təşkil edib.
Maliyyə sabitliyinin əsas göstəriciləri:
- I dərəcəli kapitalın adekvatlıq əmsalı (Tier I) — 10,26% (norma — 6,5%);
- Məcmu kapitalın adekvatlıq əmsalı — 13,74% (norma — 12,5%);
-Leverec əmsalı — 6,77% (norma — 5%).
1992-ci ildə təsis olunan “Bank Respublika”, bu gün Azərbaycanın aparıcı beş bankından biri kimi fəaliyyətini uğurla davam etdirir. Bankın səhmdarları arasında Almaniyanın ən iri maliyyə qurumlarından biri olan “Sparkassen International Development Trust” (Sparkassen-Finanzgruppe-nin üzvü) da yer alır.
Daha ətraflı məlumat üçün:
Veb sayt: www.bankrespublika.az
Sosial şəbəkələr: “Facebook”, “Instagram”, “LinkedIn”, “Telegram”
Çağrı Mərkəzi: 144
10Источники
-
anews.azAzərbaycan bank sektorunda kapitalın adekvatlıq səviyyəsi 18% olub ( 23088214)
-
teleqraf.comTaleh Kazımov: Bank sektorun məcmu kapital adekvatlığı səviyyəsi 18,1% səviyyəsində formalaşıb ( 23086099)
-
fed.azBank sektorunda son vəziyyət - AÇIQLANDI ( 22846393)
-
marja.azBank sektorunda son vəziyyət - YENİ RƏQƏMLƏR AÇIQLANDI ( 22845349)
-
anews.azAzərbaycanın bank sektorunda aktivlər və öhdəliklər artıb ( 22460704)
-
anews.azAzərbaycan bank sektorunda aktivlər və öhdəliklər artıb ( 22460218)
-
banker.az“Yelo Bank” aktivlərini ₼1.44 milyarda, cəmi gəlirlərini isə ₼143 milyona qaldırıb ( 22404700)
-
marja.az“Ziraat Bank Azərbaycan”danyüksək göstəricilər - mənfəəti 63% artıb ( 22402129)
-
marja.az“Ziraat Bank Azərbaycan”danyüksək göstəricilərlər - mənfəəti 63% artıb ( 22399600)
-
demokrat.az“Bank Respublika” bu ilin 9 ayı üzrə inamlı artım nümayiş etdirib ( 22389193)