Bakı. Trend:
“Azərbaycan Kartoqrafları” İctimai Birliyi Zəngəzur dəhlizininxəritəsini hazırlayıb. Xəritənin altlığı yüksək keyfiyyətli kosmikşəkillər əsasında tərtib edilib.
Trend xəbər verir ki, bubarədə “Azərbaycan Kartoqrafları” İctimai Birliyinin sədri MüqabilBayramov açıqlama verib.
O deyib ki, xəritədə Azərbaycan, Ermənistan, İrandan müvafiqhissələr – yaşayış məntəqələri, yollar, çaylar, dağlar verilib.
Xəritədə həmçinin, Araz dəhlizi öz əksini tapıb. Kartoqrafikəsər azərbaycan və ingilis dillərindədir.