RU

Polşalı nazir: Ukraynadakı müharibə Putinin bir zəngi ilə bitə bilər

BAKI, 14 oktyabr. TELEQRAF

Polşanın xarici işlər naziri Radoslav Sikorski hesab edir ki, prezident Vladimir Putinin Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimova bircə zəngi Ukraynadakı münaqişəyə son qoya bilər.

Teleqraf xəbər verir ki, bu barədə nazir mətbuat konfransında bildirib.

Sikorskinin sözlərinə görə, Putin bir telefon zəngi ilə qoşunların Ukrayna ərazisindən çıxarılması barədə göstəriş verə bilər. Ona görə də bu münaqişənin həlli Yaxın Şərqdəki böhrandan daha asandır.

Sikorsky həmçinin bildirib ki, Rusiya iqtisadiyyatı çöksə, Putin müharibəni bitirəcək: "Putin qalib gəlməyəcək. Biz ortamüddətli perspektivdə Ukraynanı dəstəkləməyə və Qərbin Rusiya nefti, qazı və texnologiyasına qarşı sanksiyalarını həyata keçirməyə hazır olduğumuzu göstərməliyik".

Избранный
16
teleqraf.com

1Источники