RU

Sabirabadda qəza baş verib, ölən var

Sabirabadda baş verən yol qəzasında bir nəfər ölüb.

"Unikal" apa-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Əsgərbəyli kəndi ərazisində qeydə alınıb.

Sözügedən kənd sakini, 1964-cü il təvəllüdlü Əbilov Hacı Gülağa oğlu idarə etdiyi “QAZ”-3110 markalı avtomobili kəndin ərazisində elektrik dirəyinə çırpıb. Nəticədə sürücü xəsarət alaraq Sabirabad xəstəxanasına yerləşdirlib.

Nəqliyyat vasitəsində olan sərnişin Əsgərbəyli kənd sakini, 1958-ci il təvəllüdlü Ağammədov Tofiq Hacıbala oğlu isə hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Избранный
54
2
unikal.az

3Источники