RU

Sabirabadda qəza baş verib - Ölən var

Ajans.az apa-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Əsgərbəyli kəndi ərazisində qeydə alınıb. Sözügedən kənd sakini, 1964-cü il təvəllüdlü Əbilov Hacı Gülağa oğlu idarə etdiyi “QAZ”-3110 markalı avtomobili kəndin ərazisində elektrik dirəyinə çırpıb. Nəticədə sürücü xəsarət alaraq Sabirabad xəstəxanasına yerləşdirlib. Nəqliyyat vasitəsində olan sərnişin Əsgərbəyli kənd sakini, 1958-ci il təvəllüdlü Ağammədov Tofiq Hacıbala oğlu isə hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Избранный
21
2
Ajans.az

3Источники