RU

Ukrayna oyun mənə nələrsə dedi Elşad Əhmədov

ain.az, Fanat portalına istinadən məlumat yayır.

Bu gecə DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Ukrayna ilə üz-üzə gələn Azərbaycan yığması 1:2 hesabı ilə məğlub oldu. Millimizin sabiq müdafiəçisi Elşad Əhmədovla əlaqə saxlayıb Polşanın Krakov şəhərində baş tutan matç barədə fikirlərini bölüşməsini istədik.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Ukrayna ilə son oyun mənə nələrsə "dedi". Fransaya qarşı görüşdən fərqli olaraq, bu matçda uşaqlar rahat idilər, oynamaq istəyirdilər. Birinci dəqiqədən hiss olunurdu ki, komandamızın qalib gəlmək istəyi var. Top saxlamağa, məzmunlu hücumlar qurmağa çalışırdılar. Millinin mübarizə əzmi xoşuma gəldi. Hesab bəlli məsələdir, uduzmuşuq, amma lap 0:5 hesabı ilə udussaq da belə, inanmaq, dünənki kimi təslim olmamaq lazımdır. Vurduğumuz qol zamanı Elvin Cəfərquliyevon Nərman Axundzadəyə verdiyi ötürməni edə bilən komanda daha artığını da bacarar. Bəxtimiz gətirsəydi, heç-heçə də ola bilərdi. Məncə, getdikcə daha yaxşı yığmaya çevrilməyimiz mümkündür. Ümid edirəm ki, belə də olacaq".

Nihat

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
6
1
fanat.az

2Источники