RU

Almaniyada müharibəyə hazırlıq Dövlət ilk dəfə bəyan etdi

ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Almaniyanın Mülki Mühafizə və Təbii Fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə Federal İdarəsi (BBK) ilk dəfə olaraq ölkədə mümkün müharibə vəziyyətinə hazırlıqla bağlı ictimai broşür yayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat verib. Sənəddə qeyd olunur ki, Almaniya dünyanın ən təhlükəsiz ölkələrindən biri olsa da, son illər böhranlar və dezinformasiya kampaniyaları ölkənin sabitliyinə və birliyinə zərbə vurur.

Broşürdə xüsusilə vurğulanır:

“Hətta müharibə də artıq bir neçə il əvvəl olduğu kimi mümkünsüz görünmür”.

BBK vətəndaşlara təhlükə zamanı mümkün qədər az pəncərə və qapısı olan otaqlarda, həmçinin qarajlarda, muzeylərdə və metroda sığınmağı tövsiyə edir.

Təlimatda almanlara on günlük ərzaq və içməli su ehtiyatı, qaz ocağı, batareyalar, enerji bankı, ilk yardım çantası, radio və əlavə geyim dəsti olan təcili yardım çantası hazırlamaq məsləhət görülür.

Sənəd ölkə ictimaiyyətində müharibə təhlükəsinin real qəbul edilməyə başlandığını göstərən ilk rəsmi xəbərdarlıqlardan biri kimi qiymətləndirilir.

Tahir Turan

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
5
globalinfo.az

1Источники