Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Zaqatala, 15 oktyabr, AZƏRTAC
Axşam saatlarında rayonun Muxax kəndi ərazisində piyadanın vurulması ilə nəticələnən ağır yol qəzası baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Muxax kənd sakini, 37 yaşlı Elmir Mikayılov idarə etdiyi "VAZ 2106" markalı avtomobillə həmkəndlisi, 61 yaşlı Murad Atayevi yolu keçən zaman vurub.
Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan Murad Atayev Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun müalicəsi xəstəxananın Cərrahiyyə korpusunda davam etdirilir.
Faktla bağlı Zaqatala rayon polis şöbəsində araşdırma aparılır.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.