RU

Tramp: HƏMAS könüllü tərksilah olmasa, ABŞ bunu zorla edəcək

HƏMAS hərəkatı könüllü olaraq tərksilah olmasa, ABŞ bunu zorla edəcək.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə argentinalı həmkarı Xavyer Mileylə görüşü zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib.

 

Tramp HƏMAS-ın necə silahsızlaşdırılacağı barədə ətraflı açıqlama verməkdən imtina edib.

 

“Bunu sizə izah etmək öhdəliyim yoxdur. Onlar bilirlər ki, biz oyun oynamırıq”, – deyə ABŞ administrasiyasının rəhbəri qeyd edib.

 

Onun sözlərinə görə, Vaşinqton HƏMAS-ın tərksilah olmasını “məqbul bir müddət” ərzində gözləyir.

Избранный
21
5
senzor.az

10Источники