BAKI, 15 oktyabr. TELEQRAF
Avropa ölkələri Rusiyaya və onun neft ixracını maliyyələşdirən tərəfdaşlarına qarşı sanksiyaları gücləndirməlidirlər.
Teleqraf xəbər verir ki,bu barədə ABŞ maliyyə naziri Skott Bessent Ukraynanın baş naziri Yuliya Sviridenko ilə görüşü zamanı bildirib
Bessent vurğulayıb ki, Avropadakı müttəfiqlər yalnız Rusiyaya deyil, həm də rus nefti alaraq onu maliyyələşdirən istənilən ölkəyə qarşı təzyiq kampaniyasını genişləndirməlidirlər.
Nazir həmçinin bildirib ki, Vaşinqton G7 ölkələri ilə birgə Rusiyaya təzyiqi artırmaq üçün əlavə tədbirlər görəcək. O, ABŞ-nin Ukraynaya dəstəyinin davam edəcəyinə də əminlik ifadə edib.