RU

Azərbaycan Çinə fındıq və badam ixrac edəcək

Azərbaycanda yetişdirilən fındıq və badam Çinə ixrac olunacaq.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Belə ki, Agentliyin nümayəndə heyəti “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində Çinə səfər edib.

Səfər çərçivəsində AQTA ilə Çinin Baş Gömrük Administrasiyası “Azərbaycan Respublikasından Çin Xalq Respublikasına ixrac edilən fındıq və badamın yoxlanılması, karantini və sanitariya tələblərinə dair Protokol” layihəsi imzalayıb.

Görüşdə, həmçinin tərəflər “İdxal və İxracda Qida Təhlükəsizliyi sahəsində Əməkdaşlıq Mexanizmi üzrə Sənəd Layihəsi”ni imzalayıblar.

Həmçinin tərəflər quş əti, akvakulturada yetişdirilən və vəhşi təbiətdən əldə olunan dəniz məhsulları, albalı, alma, xurma və narın ixracı ilə bağlı məsələləri müzakirə edib.

Избранный
36
5
editor.az

10Источники