RU

Qatar tuneldə qaldı - Metropolitendən açıqlama

Bu gün səhər saatlarında metronun “Elmlər Akademiyası” və “28 May” stansiyalarında qatar tuneldə qalıb.

Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov News24.az-a  açıqlamasında bildirib ki, yeni tədris mövsümündən pik saatlarda intervalların azaldılmasına nail olunub: 

"Bu isə xətlərdə qatarların qrafikə uyğun xüsusi nizamlı hərəkətini, qatarların yubanmasına təsir edən amillərin qarşısının alınmasını tələb edir. Bu zaman metropoliten xətlərində qatarların hərəkətinə ən çox təsir edən hallar qatarların qapılarına müdaxilə və hüdud xəttinin keçilməsidir.

Məlumdur ki, Qırmızı və Yaşıl xətlər “28 May” stansiyasında kəsişərək birləşir. Bu səbəbdən bir istiqamətdə yubanma hər iki xətt üzrə qatarların hərəkətinə təsir edir və yubanmalara səbəb olur. Nəticədə, sistem avtomatik olaraq qatarların təhlükəsizlik zonasına daxil olmasına icazə vermir. Belə olduqda arxadan gələn qatarlar məcburən stansiya və tunellərdə dayanaraq gözləməli olur. Hər iki xəttə təsirləri azaltmaq üçün həm “İçərişəhər”, həm də “Dərnəgül” marşrutları üzrə qatarların hərəkətinə mümkün əlavə tənzimləmələr tətbiq edilir". 

"Sərnişinlərdən xahiş edirik, intervalın azaldılması şəraitində qatarların nizamlı hərəkətinə maneələr yaradan və yekunda sərnişinlərin haqlı narazılığna səbəb olan bu kimi hallara yol verilməsin", - deyə qurum rəsmisi bildirib. 


Nilufər



Избранный
111
28
news24.az

10Источники