RU

Tovuzda gənci qatar vurub öldürdü

Tovuz rayonunda qatarın vurduğu piyada hadisə yerində ölüb.
ONN media xəbər verir ki, hadisə Aşağı Quşçu kəndində baş verib.
Məsələ ilə bağlı Azərbaycan Dəmir Yollarından bildirilib ki, bu gün saat 19:30 radələrində qatar Qovlar-Tovuz sahəsində hərəkətdə olarkən qatarın qarşısına qəflətən insan çıxıb.
Maşinist tərəfindən təcilli tormozlama aparılsa da, məsafə az olduğundan hadisənin qarşısını almaq mümkün olmayıb, dəmir yolunu qadağan olunmuş yerdən keçməyə cəhd edən həmin şəxs dünyasını dəyişib.
ADY bir daha insanlara çağırış edərək onları dəmir yolu xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçidlərindən keçməyə, həyatlarını riskə atacaq hərəkətlərdən çəkinməyə çağırır. Qaydalara riayət etmək hər bir vətəndaşın borcudur və onları pozmaq inzibati məsuliyyət yaradır.
***
Ölən şəxs Tovuz rayon sakini 2007-ci il təvəllüdlü Ədalət Nərimanlıdır.
Faktla bağlı araşdırma aparılır.
Избранный
110
onn.az

1Источники