RU

Ermənistanda keşişlər saxlanılıb, cinayət işi açılıb - Yenilənib 

Mitinqin keçirilməsinə, zorakılıqla məcbur etmək məqsədilə səlahiyyətlərindən və ya xidməti imkanlarından istifadə etməklə Araqatsotn dini dairəsinin rəhbəri və 6 din xadimi, eləcə də mülki şəxslər saxlanılıb...

APA xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsindən bildirilib.

Bundan əlavə, fakt üzrə cinayət işinin ilkin araşdırması çərçivəsində zəruri istintaq və sübut tədbirləri həyata keçirilir.

Əlavə olaraq rəsmi məlumat veriləcək.

***

Ermənistanda Erməni Qriqoryan Kilsəsinin rəhbəri II Qareginin (Ktriç Nersisyan) qohumu Araqatsotn yeparxiyasının rəhbəri yepiskop Mkrtiç Proşyanın evində axtarış aparılıb.

APA Ermənistan mətbuatına istinadən xəbər verir ki, yepiskop istintaq idarəsinə aparılıb.

Həmçinin, Sağmosavank monastırının ruhani rəhbəri, keşiş Paren Arakelyan həbs edilib.

Poliqon.info

Избранный
25
4
poliqon.info

10Источники