RU

Vahid Əhmədov Ramiz Mehdiyevin həbsi ilə bağlı danışıb: "Məsələ çox ciddidir"

Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti, akademik Ramiz Mehdiyevlə bağlı aparılan istintaq diqqət mərkəzindədir. Bu araşdırmaları Dövlət Təhlükəsizlik Xidməti aparır. Bu o deməkdir ki, Ramiz Mehdiyevin həbsi ilə bağlı məsələlər çox ciddidir. "Bakuinfo" xəbər verir ki, bunu Teleqraf-a istiqlalçı deputat, iqtisadçı alim Vahid Əhmədov deyib. Onun sözlərinə, əvvəlcədən nəsə demək çətindir, bütün məsələlər araşdırılacaq: “Məsələlər nə ilə əlaqəlidir, hamısı bilinəcək. Çünki irəli sürülən ittihamlar çox ağırdır. Hətta dövlət çevrilişinə cəhdlə bağlı ittihamlar da mövcuddur. O cümlədən, korrupsiya və rüşvət faktları var. Bunların hamısı sözsüz ki, araşdırılmalıdır. Məsələ bu səviyyəyə qalxıbsa, bu, işin ciddiliyindən xəbər verir”. Vahid Əhmədov bildirib ki, dövlət başçısı İlham Əliyev tərəfindən zamanında Ramiz Mehdiyevə çox böyük hörmət göstərilib: “Hətta Prezident Administrasiyasındakı vəzifəsindən yola salınarkən ən yüksək mükafat olan Heydər Əliyev ordeni ilə təltif edildi. Bütün bunların qarşısında belə əməllərə yol verilibsə, kimliyindən, hansı vəzifə tutmasından asılı olmayaraq mütləq cavab verməlidir. Hazırda istintaq aparılır, ona görə nəticələri gözləmək lazımdır. Araşdırmalar yəqin ki, ictimaİyyətə açıqlanacaq. Nə ilə əlaqədardır, kiminlə əlaqədə olub, nə işlər görüblər və sair məlumatlar veriləcək”. “Belə bir yüksək ranqda olmuş dövlət məmurunun belə bir addım atması həm də qeyri-etikdir. Bu, millətə, dövlətə yaraşmayan hərəkətdir. Eyni zamanda bu, dövlət başçısına qarşı atılan addımdır. Korrupsiyanı, əmlak məsələlərini və sairəni bir kənar qoyuram. Amma dövlətə, onun suverenliyinə qəsd etmək, dövlət çevrilişinə cəhd kimi məsələlər qəbuledilməzdir. Ona görə də bu işi tutan hər bir şəxs cavab verməlidir”, - deyə istiqlalçı deputat əlavə edib.

Избранный
40
5
bakuinfo.net

6Источники