Suriya prezidenti Əhməd əş-Şaraa rusiyalı həmkarı Vladimir Putinlə görüşmək üçün Moskvaya gəlib.
Publika.az xəbər verir ki, bu barədə SANA məlumat yayıb.
"Əş-Şaraa Rusiyaya rəsmi səfərə gəlib", - nəşr iddia edib.
Agentliyin məlumatına görə, Putinlə danışıqlar zamanı Suriya lideri ikitərəfli münasibətlərlə bağlı məsələləri, eləcə də regional və beynəlxalq hadisələri müzakirə etmək niyyətindədir.