RU

General Hüseynov vəzifəsindən azad olundu

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi rəisinin birinci müavini İsmayıl Hüseynov vəzifəsindən azad edilib.

Hurriyyet.az xəbər verir ki, o öz ərizəsi ilə işdən çıxarılıb.

Qeyd edək ki, İsmayıl Hüseynov 2018-2023-cü illərdə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsində çalışıb. Həmin dövrdə ona gömrük xidməti general-leytenantı ali rütbəsi verilib.

2023-cü ildən isə o, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində rəisin birinci müavini kimi fəaliyyət göstərirdi.

Bakupost.az

Избранный
65
43
hurriyyet.az

10Источники