RU

PSJ-nin kapitanı ÇL oyununu buraxacaq

PSJ-nin müdafiəçisi Markinyos komandasının növbəti iki matçında iştirak etməyəcək.

Fanat.Az xəbər verir ki, informasiyanı "Lequipe" yayıb.

Nəşrin məlumatına görə, 2-3 həftəyə sağalacağı proqnozlaşdırılan 31 yaşlı futbolçu gözlənildiyindən bir qədər çox xəstəxanada yatacaq. Beləliklə, braziliyalı müdafiəçi komandasının 2 oyununu - Liqa 1-də "Strasburq" (17 oktyabr) və Çempionlar Liqasında "Bayer Leverkuzen" (21 oktyabr) ilə qarşılaşmaları buraxacaq.

Xatırladaq ki, Markinyos “Olimpik Marsel”lə matçda ayaq nahiyəsindən zədə alıb və bu səbəbdən “Barselona” və “Lill”lə matçları buraxıb.

Mirağa

Избранный
33
1
fanat.az

2Источники