BAKI, 15 oktyabr. TELEQRAF
Kremldə Suriya Prezidenti Əhməd Şaraa ilə Rusiya Prezidenti Vladimir Putin arasında görüş keçirilərkən, Suriyanın devrilmiş lideri Bəşər Əsəd Moskvada gəzintiyə çıxıb.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Jurnalist Barış Yarkadaşın sosial mediada yayımladığı görüntülərdə Əsəd ailəsinin Moskvada şəhər gəzintisində olduğu görünür. “Həyat nə qədər maraqlı təsadüflərlə doludur. Şaraa Putinlə Rusiyada görüşərkən, Əsəd də ailəsi və həyat yoldaşı ilə şəhər gəzintisindədir”.