RU

Azərbaycan kikboksçuları Dünya Kubokunda səkkiz qızıl medal qazanıblar

Bakı. Trend:

Azərbaycan kikboksçuları Özbəkistanın paytaxtı Daşkənd şəhərindəkeçirilən Dünya Kubokunda uğurla çıxış ediblər.

Trend-inməlumatına görə, təmsilçilərimizdən Allahverdi Dəmirov (K1, 51 kq),Elvin Məmmədov (LK, 57 kq), Məhəmməd İmanov (K1, 60 kq), QəşəmMəmmədov (LK, 81 kq), Rafiq Babazadə (K1, 57 kq), Əli Mayılzadə(LK, 57 kq), Əli Əkbər (K1, +81 kq), Elmuraz Musayev (LC, 74 kq)qızıl medala sahib çıxıblar.

Rüfət Əhmədzadə (LK, 63,5 kq), Mirzəcan Əliyev (LK, 60 kq),Rəvan Yaralıyev (LK, 81 kq), Elnar Hacıyev (LK, 51 kq), AylinHüseynzadə (KL, 42 kq), Aylin Hüseynzadə (LC, 42 kq), ƏliCabbarzadə (LC, 57 kq), Elmir Mirzəliyev (KL, 69 kq), SeymurQuliyev (KL, 42 kq) gümüş medalla kifayətləniblər.

Fərhad Tağızadə (FC, 51 kq), Həbib Əkbərov (LK, 86 kq), KənanMəmmədli (LK, 67 kq), Elmir Mirzəliyev (LC, 69 kq), Ramiz Məmmədov(FC, 57 kq), Əli Qarayev (LC, 69 kq), Allahverdi Hacıyev (LK, 81kq), İbrahim Quliyev (FC, 81 kq) və Qurban Vəliyev (LK, 67 kq) isəfəxri kürsünün üçüncü pilləsinə qalxıblar.

Məqalədə:
Избранный
25
11
az.trend.az

10Источники