RU

ABŞ müdafiə nazirinin təyyarəsi Britaniyaya təcili eniş etdi

ABŞ-nin müdafiə naziri Pit Heqsetin “Boeing C-32” təyyarəsi Atlantik okeanı üzərində fövqəladə vəziyyət elan edib və Böyük Britaniyaya qayıdıb.

Teleqraf xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Şon Parnellin X hesabında yazıb.

O bildirib ki, Heqsetin təyyarəsi təyyarənin ön şüşəsindəki çatla əlaqədar Böyük Britaniyada planlaşdırılmamış eniş edib . Boeing standart prosedurlara uyğun olaraq eniş edib və amerikalı nazir də daxil olmaqla bütün sərnişinlər təhlükəsizdir.

Flight Radar-ın məlumatına görə, təyyarə qəza vəziyyətində olduğunu bildirən 7700 kodu göndərib. İrlandiya sahillərində Atlantik okeanı üzərində uçarkən üç kilometr yüksəkliyə endi və Böyük Britaniyaya doğru istiqamətini dəyişdi.

Избранный
38
1
teleqraf.com

2Источники