RU

Messinin lüks villasına söküntü təhlükəsi

News24 saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Dünya şöhrətli argentinalı futbolçu Lionel Messinin İspaniyanın İbiza adasında yerləşən lüks villası sökülə bilər.

News24.az xəbər verir ki, mülkün lazımi tikinti icazəsi və yaşayış üçün rəsmi sənədləri olmadığı üçün yerli bələdiyyə binanın müəyyən hissələrinin sökülməsi ilə bağlı tədbir görməyə hazırlaşır.

Messi 2022-ci ildə bu villanı isveçrəli iş adamı Filipp Amondan 9,5 milyon funt sterlinqə alıb, lakin Sant Xosep de Sa Talaia bölgəsində yerləşən bu mülkdə planlaşdırmaya zidd dəyişikliklər aşkarlanıb. Xüsusilə qaraj və zirzəmi hissəsinin qanunsuz şəkildə inşa edildiyi bildirilir.

Sant Xosep Bələdiyyəsi 2022-ci ildə villada hər hansı tikinti və ya təmir işlərini qadağan edib. İspaniyanın "ABC" qəzetinin yazdığına görə, bələdiyyə hazırda yeni bir hüquqi proses başladıb və sənədləşmə tamamlanmasa, tikilinin bəzi hissələrinin sökülməsi qərarı verilə bilər.

Mülkün yerləşdiyi ərazi ekoloji baxımdan həssas bölgə sayılır. Bu səbəbdən, əmlak “zərərli aktiv” kimi qiymətləndirilib və nə satıla, nə də kirayə verilə bilir.

Bundan əlavə, ötən il ekologiya fəalları villaya qanunsuz daxil olaraq, divarları rəngləyib, hovuz və futbol meydançası önündə etiraz aksiyası keçiriblər. Messi bu hücumdan sonra “Futuro Vegetal” adlı ekoloji qrupa qarşı 50 min funt sterlinlik maddi təzminat iddiası qaldırıb.

Hazırda Messi-nin bu mülklə bağlı vəziyyəti qeyri-müəyyən olaraq qalır.

Xeyrənsə Piriyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
13
1
news24.az

2Источники